Arti Group
Arti Group
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
23:13
994507790000
×
Sualınız var?

GSM: (+994 50) 779 00 00

Telefon

info@artigroup.az

E-poçt

09:00 - 18:00

İş vaxtı

BİZ KİMİK?

HAQQIMIZDA

ARTİ GROUP QSC şirkəti 2009-cu ildə Bakı şəhərində fəaliyyətə başlamış və ötən dövr ərzində ölkə miqyasında rəqabətə davamlı kompleks fasad sistemləri podratçısı və müasir, yüksək texnoloji fasad sistemlərinin konstruktoruna çevrilə bilmişdir. Şirkət öz fəaliyyəti müddətində ölkəmizin tikinti sektorunda bir çox orta və böyük həcmli layihələri uğurla həyata keçirərək təhvil vermişdir.

ARTİ GROUP iri yaşayış və kommersiya binaları, o cümlədən fərdi yaşayış evləri üçün fasad xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış inşaat şirkətidir. Biz, fasadın hidro və termo izolyasiyası, rəngləmə xidmətləri göstərir, aluminium asma pərdə divarları, mexaniki fasad, müasir pəncərə və qapılar, məhəccərlər, günəş qırıcıları, şəffaf dam sistemləri və digər qoruyucu üzlük həlləri layihələndirir, istehsal edir və quraşdırırıq. Tikinti sənayesinin bəzi qabaqcıl adları ilə əməkdaşlıq edərək, biz görkəmli memarlıq fasadının yaradılması üçün nə lazım olduğunu bilirik.

Böyük podratçılar, istehsalçılar və ciddi sənaye təşkilatları ilə çalışmaq təcrübəsi ilə biz mükəmməl fasad sxemləri yaratmaq üçün lazım olan bacarıqlara, həvəsə və təcrübəyə sahibik. Biz müştərilərimizə layihənin ilkin mərhələsindən yerində tikintiyə qədər və binanın istismar müddəti ərzində dəstək olmaqla tam xidmətlər spektrini təklif edirik.

Biz müştərilərimizdən təkrar yeni sifarişlər almaq səviyyəsi ilə fəxr edir, hər zaman müştəri məmnuniyyətinə ciddi diqqət göstərir və nüfuzumuza həssaslıqla yanaşırıq.


MİSSİYAMIZ

Daim təkmilləşən kompleks həllərimiz və nümunəvi keyfiyyətimizlə müştərilərin ilkin seçimi olmaq. Qatıldığımız hər bir layihə üzrə üstün sənətkarlıq nümayiş etdirərək regionun inşaat sektorunda ən yüksək səviyyədə xidmət göstərən yenilikçi şirkət kimi tanınmaq.

Şirkətimizə Xoşgəldiniz
Təcrübə
0 İl
Layihələr
0 +
İstehsal Sahəsi
0