- Ana Səhifə
- Xidmətlər
- Asma Pərdə divarı
Asma Pərdə Divarı
Pərdə divarı - pərdə kimi tikiliyə tam və ya qismən sarılan, onun interyerini qeyri-sabit təbiət hadisələrindən qoruyan, binanın xarici fasadıdır. O, binanın konstruktiv yükdaşıyıcı elementi rolunu oynamır və binanın dəmir-beton karkasından bir növ asılmış vəziyyətdə quraşdırılır. Ona görə də ona “asma pərdə divarı” adı verilmişdir. Pərdə divarı yalnız öz ağırlıq yükünü və səthinə təsir göstərən kənar yükləri (külək, seysmik və s.) daşıyır və onları xüsüsi bağlantılar vasitəsi ilə binanın əsas konstruksiyasına ötürür. Həmçinin pərdə divarının konstruksiyası binanın əsas konstruksiyasından müstəqil yerdəyişmə və ya deformasiya qabiliyyətinə malikdir.
Pərdə divarı sistemləri 19-cu əsrdə böyük şüşə panellərin inkişafı ilə ortaya çıxdı və 1930-cu illərdən sonra ilk dəfə alüminiumun tikinti materialı kimi əlçatan olması ilə daha çox yayılmağa başladı.


Əsas növləri
Pərdə divarları müxtəlif görünüşlərə malik ola bilər, lakin onların ortaq xüsusiyyəti, içərisinə şüşə və ya digər materiallardan hazırlanmış panellər yerləşdirilmiş, dar aralıqlı şaquli və üfüqi dayaqlardan ibarət olmasıdır.
Asma pərdə divarının istehsal və quraşdırma metoduna görə iki əsas kateqoriyası vardır: Modul sistemli pərdə divar sistemi və Çubuq sistemli pərdə divar sistemi.

MODUL SİSTEMLİ PƏRDƏ DİVARI
Modul sistemli pərdə divarı böyük ölçülü bloklardan ibarət olur. Bu bloklar şüşələmə də daxil emalatxana şəraitində hazırlanır və tikinti sahəsinə hazır modullar şəkildə nəql olunaraq bina fasadına montaj olunur.


ÇUBUQ (STİCK) SİSTEMLİ PƏRDƏ DİVARI
Bu sistemdə metal profillər birbaşa tikinti gedən sahədə tək-tək bir-birinə geydirilir və şüşə panellər yerində çərçivələrə (şəraitdən asılı olaraq içəridən və ya fasadın çöl hissəsindən) montaj olunur.

Tətbiq sahələri
Müasir binaların əksəriyyətində cəlbedici fasad təmin etmək üçün asma pərdə divar sistemlərinin birindən istifadə edirlər. Əsasən kommersiya və ya hündürmərtəbəli binalarda istifadə edilən belə şəffaf fasad örtükləri interyeri işıqlandıra, daxildə istəyinizə uyğun və konfortlu atmosfer yarada, xaricdən isə binaya təmiz və estetik baxımdan xoş görünüş təmin edə bilər.
ARTİ-GROUP olaraq biz bir çox formatda pərdə divarı dizayn edə, təchiz edə və quraşdıra bilirik. Şirkətimiz aparıcı alüminium sistem təchizatçıları ilə sıx şəkildə əməkdaşlıq edir və bizim bir çox premium sistemlərə çıxışımız var.
