- Ana Səhifə
- Xidmətlər
- Balkon şüşələnməsi
BALKON ŞÜŞƏLƏNMƏSİ
Balkon və terraslar üçün şüşələmə sistemləri (cam balkon) evinizin dəyərini artıran çox sərfəli bir investisiyadır. Bu sistemlər sizin evinizə mebellə təchiz edə biləcəyiniz və bütün il boyu ailənizlə istirahət edə biləcəyiniz əlavə yer imkanı yaradır. Cam balkon heç bir arzuolunmaz faktorun (toz, külək, yağış, qar, səs-küy, həşəratlar) sizi narahat etməsinə imkan verməyəcək.


Fərqimiz
Bizim quraşdırdığımız balkon şüşələnməsi sistemlərində istifadə olunan materiallar, furnitur və konstruksiyalar sərt xarici amillərin (korroziyaya davamlılıq, yüksək hermetiklik, enerjiyə qənaət) təsirinə dözümlüdür və uzun xidmət müddəti ilə seçilir.

ALBERT GENAU SİSTEMİ
• Albert Genau cam balkon - şüşələri sürgülü, sürüşən və qatlanıb açılan (divara yığılan), uzaqdan komandalı (Gilyotin sistemi) yuxarı açılan və bağlanan olmaqla müxtəlif variantlarda quraşdırıla bilər.
• İstəkdən asılı olaraq şüşələrin alüminium çərçivəli və çərçivəsiz seçim imkanı
• Bütöv (döşəmədən tavana qədər) və yarımçıq şüşələnmə.
• Müxtəlif qalınlıqda keyfiyyətli təkli və ikili temper şüşə paketi seçimi (4mm+HB+4mm paket şüşə) imkanı.
Albert Genau cam balkon sistemləri yüksək izolyasiyalı şüşə seçdiyiniz halda mövsümdən asılı olaraq evinizdə istilik itkilərini və enerji xərclərini azaltmaq üçün nəzərdə tutulmuşdur.







