Arti Group
Arti Group
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
23:31
994507790000
×
Sualınız var?

GSM: (+994 50) 779 00 00

Telefon

info@artigroup.az

E-poçt

09:00 - 18:00

İş vaxtı

FASADIN ÜZLƏNMƏSİ

Fasadın üzlənməsi yüksək istilik, su və səs-küy izolyasıyası xüsusiyyətləri verməklə binanın xarici tərtibatı üzrə tikinti işləridir. Fasad texnologiyalarının yüksək artım tendensiyası, üzlük materiallarının geniş çeşidi şəhər kənarı fərdi evlərdən tutmuş ticarət mərkəzləri və yaşayış binalarına kimi demək olar ki, hər bir obyektə büdcəyə görə fərdi görünüş verilməsinə imkan yaradır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

FASADIN ÜZLƏNMƏSİ
KOMPONENTLƏR

KOMPONENTLƏR

Seçilmiş örtükdən asılı olmayaraq, izolyasiyalı üzlənmənin strukturu eyni komponentlərdən ibarətdir..

• Bərkitmə sistemi ( Yaş fasad sistemi  və Mexaniki fasad sistemi )

• İstilik və su izolyasiyası

• Üzlük örtüyü 

KOMPONENTLƏR

YAŞ FASAD SİSTEMLƏRİ

Yaş üzlük sistemində ilk təbəqə divarın səthinə tətbiq olunan astar (suvaq) təbəqədir. Astar, izolyasiya lövhələrini fasada keyfiyyətli yapışdırmağa imkan verir. Sistemin növbəti təbəqəsi izolyasiya lövhəsi üçün yapışqandır. Bu kompozisiya mineral yun və ya digər izolyasiya lövhələrini divara keyfiyyətlə yapışdırır. İzolyasiyanı yapışdırdıqdan sonra əsas qarışıq təbəqəsi tətbiq olunur. Bu qarışıq səthi hamarlamağa və son dekorativ suvağın vurulması üçün baza hazırlamağa imkan verir. Astar təbəqəsi hələ yaş ikən, onun üzərinə möhkəmləndirici tor (armaturlu şəbəkə) yerləşdirilir. Bu tor sistemin davamlılığını və çatlara qarşı müqavimətini artırır. Sonuncu mərhələdə isə dekorativ suvaq tətbiq edilir və üzərinə layihə üzrə təyin olunmuş rəngdə boyanın vurulması ilə işlər tamamlanır.

 

YAŞ FASAD SİSTEMLƏRİ
ASMA VENTİLYASİYALI SİSTEMLƏR (MEXANİKİ FASAD)

ASMA VENTİLYASİYALI SİSTEMLƏR (MEXANİKİ FASAD)

Mexaniki sistemlər havalandırılan fasadlarda istifadə olunur. Bu sistem, üzərinə sonradan daşıyıcı bələdçi profillərin (şaquli və üfüqi profil) sabitləndiyi bağlantı elementləri (kranşteyn) komplektindən ibarətdir. Kronşteynlər divara xüsusi anker dübellər ilə bərkidilir ki, onlar profilləri binaya möhkəm bərkitməyə və yükün divarda düzgün paylanmasına imkan verir. Daşıyıcı profillər, fasad örtüyü panellərinin sonrakı quraşdırılması üçün səthi ideal müstəvi halına gətirməyə imkan verir. Karkas elementlərinin birləşdirilməsi kor pərçimlərlə həyata keçirilir.

ASMA VENTİLYASİYALI SİSTEMLƏR (MEXANİKİ FASAD)

İSTİLİK VƏ SU İZOLYASİYASI

İstilik və su izolyasiyası binanın üzlənmə strukturu dəstində ən vacib komponentlərdəndir. Günümüzdə izolyasiya plitələrinin geniş seçimi mövcuddur, onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.

İstilik izolyasiyasının əsas növləri:

• Mineral yun panellər 
Mineral yun xarici izolyasiyanın ən yaxşı növüdür. Qaya daşı növlərindən hazırlandığı üçün ona daş yunu da deyirlər. Daş əridildikdən və sonrakı emaldan sonra yuna bənzər struktur alır. Sonra isə əldə edilmiş material müəyyən bir qalınlığı və sıxlığı olan plitə halında qəliblənir. 
Yaş suvaq fasad üzlüyü sistemlərində yüksək sıxlıqlı mineral yun lövhələri istifadə olunur, çünki bu sistemdə həm izolyasiya, həm də daşıyıcı element rolunu oynayır.  Əsas qarışıq təbəqəsi və dekorativ suvaq izolyasiya lövhəsinin birbaşa üzərinə tətbiq olunur ki, bu da lövhənin yüksək sıxlığa və təbəqələrin soyulma möhkəmliyinə malik olmasını tələb edir.

• Polistirol köpük panellər (EPS və XPS). 
Fasadın xarici üzlənməsində və daha çox binanın zirzəmisinin izolyasiyasında geniş istifadə olunur. Bu panellər xüsusi texnologiya ilə polistiroldan hazırlanır. Əsasən yaş suvaq üzlük sistemli fasadlarda istifadə olunur. Panellər istilik keçiricililiyinə görə ən aşağı göstəricilərə malik izolyasiyalardan sayılır. 


 

İSTİLİK VƏ SU İZOLYASİYASI
SU İZOLYASİYASI

SU İZOLYASİYASI

Qoruyucu membran təbəqə divarın istilik izolyasiyasını çöldən örtmək üçün istifadə edilir. O, istilik izolyasiyası təbəqəsini və karkasın daxili elementlərini küləkdən qoruyan, onların yağıntı və kondensat nəmindən islanmasının əngəllənməsini (su izolyasiyası) və su buxarının izolyasiyadan maneəsiz xaric olmasını (buxar keçiriciliyi)  təmin edən yüksək sıxlığa malik polietilen liflərdən hazırlanır.
 

SU İZOLYASİYASI

ÜZLÜK ÖRTÜKLƏRİ

Üzlük materiallarının kifayət qədər geniş seçimi mövcuddur. Estetik imkanlar isə demək olar ki, sonsuzdur. Bu müxtəliflik layihənizə uyğun olaraq istədiyiniz növdə üz örtükləri seçmək imkanı verir. Onlardan bəziləri, ölkəmizdə daha çox yayılmış örtük variantları aşağıdakı kimidir:

• Kompozit panellər

• Metal panellər

• Keromaqranit üzlük

• Terrakotta üzlük

• Kottal alüminium fasad panellər

• HPL (High pressure laminate) panellər

• Təbii daş üzlükləri (qranit, mərmər, mişar daşı və s.)

• Fiber sement lövhələr və şüşə lifli beton lövhələr və s.
 

ÜZLÜK ÖRTÜKLƏRİ