- Ana Səhifə
- Xidmətlər
- Məhəccərlər
MEMARLIQ ELEMENTİ
Bina fasadının və interyerinin bir hissəsi kimi bəzən diqqətdən kənarda qalan məhəccərlər əslində böyük memari əhəmiyyətə malikdirlər. Fasadın vacib komponentlərindən sayılan sütunlar, karnizlər, qapılar, pəncərələr və digər elementlər kimi, məhəccərlər də binanın ümumi vizual görünüşünü gözəlləşdirə və ya poza bilər.


ƏHƏMİYYƏTİ
Memarlıq tarixində dərin köklərə malik olan bu dekorativ elementlər təkcə estetik deyil, həm də funksional əhəmiyyətə malikdirlər. Məhəccər adətən konstruksiyanın kənarından düşmə riskinin əhəmiyyətli olduğu balkonların və ya ümumi istifadədə olan sahələrdən təhlükəsiz istifadəni təmin etmək üçün quraşdırılır.

MÜASİR TRENDLƏR
Binanın dizaynından asılı olaraq məhəccərlər bir çox materiallardan hazırlana bilər. Lakin müasir dövrdə memarlar daha çox görünüşü məhdudlaşdırmayan məhəccərlərə üstünlük verirlər. Məhəccərlər zərbəyə davamlı şüşə və ya nazik paslanmayan polad troslardan istifadə etməklə faktiki olaraq görünməz hala gətirilə bilir. Şüşə məhəccərlərin tətbiqi məkana daha çox təbii işığın daxil olmasına imkan verir, şəffaf haşiyələr isə daha geniş məkan illüziyası və panoramik görüntü yaradır. Üstəlik, şüşənı təmizləmək asandır və qulluq tələb etmir.
Məqsədimiz – möhkəm, cəlbedici, ekoloji təmiz və xüsusi qulluq tələb etməyən fasad elementləri hazırlamaqdır.
