- Ana Səhifə
- Xidmətlər
- Müasir pəncərələr və qapılar
MÜASİR PƏNCƏRƏ VƏ QAPILAR
Pəncərə və qapılar daxili məkanı çöl məkanla əlaqələndirmək, binaları təbii işıqlandırmaq, havalandırmaq, atmosfer təsirlərindən, səs-küydən və arzuolunmaz şəxslərin daxil olmasından qorumaq üçün nəzərdə tutulmuş divar və ya dam konstruksiyasının elementləridir. Bu elementlərin yeri, sayı və ölçüsü binanın fasadının dizaynında və kompozisiyasında mühüm rol oynayır. Pəncərələr və qapılar binalarda istilik itkisinin əsas mənbəyidir (50%-ə qədər). Ona görə də, bu sistemlərin seçiminə ciddi yanaşmaq tələb olunur.


MATERİAL ÇEŞİDİ
Pəncərələr və qapılar bir-birindən hazırlandıqları materiallara, konstruksiya və təyinatlarına görə fərqlənirlər. Qapı-pəncərə çərçivələrinin hazırlandığı materiallar sırasında plastik, alüminium, dəmir və kombinə edilmiş materiallar (alüminium-taxta) üstünlük təşkil edir.

XÜSUSİYYƏTLƏRİ
Müasir pəncərələri bir neçə əsas xüsusiyyətlərinə görə fərqləndirmək olar.
• İstilik, hava, su və səs keçirmə göstəricilərinə görə
• Külək yükünə müqavimətinə görə
• Yanğına və oğurluğa qarşı müqavimətinə görə
• Əymə-döndərmə funksionallığına görə (qapılarda qaldırma-sürmə funksiyanallığı)
• İmkan verdikləri maksimal çərçivə genişliklərinə görə


YÜKSƏK STANDARTLAR
Bizim müxtəlif materiallardan istehsal etdiyimiz müasir pəncərə və qapı sistemləri memarların, böyük inşaat şirkətlərinin və fərdi ev sahiblərinin zövqünə və ən sərt tələblərinə cavab vermək iqtidarındadır. Biz bu yüksək keyfiyyətli müasir pəncərə və qapıların layihələndirilməsi, istehsalı və Azərbaycan bazarına çatdırılması üçün Avropanın tanınmış şirkətləri olan tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik.


CONCEPTWALL HİDDEN VENT

CONCEPT SYSTEM 77

CONCEPT SYSTEM 77

MASTERPATIO HBŞB

CONCEPT PATIO 155

MASTERLİNE 8

CONCEPT SYSTEM 77
