Arti Group
Arti Group
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
22:37
994507790000
×
Sualınız var?

GSM: (+994 50) 779 00 00

Telefon

info@artigroup.az

E-poçt

09:00 - 18:00

İş vaxtı

BRISE SOLEIL (GÜNQIRICILARI)

Brise soleil - fransızcadan tərcümədə “Günqırıcı”, günəş şualarını sındıran mənasını verən termin olub, vizual şəffaflığı və estetik cəlbediciliyi qorumaqla yanaşı, pəncərələri və ya ümümi fasadı qızmar günəş işığından qorumaq məqsədi ilə binaya və ya onun bir hissəsinə bərkidilmiş sabit və ya hərəkətli, şaquli və ya üfüqi ülgüc şəkilli lövhələrdən, ekranlardan və s. ibarət olan kölgələmə qurğusudur.

BRISE SOLEIL (GÜNQIRICILARI)
EFFEKTİV MEMARLIQ HƏLLİ

EFFEKTİV MEMARLIQ HƏLLİ

Bu kölgə yaradan qurğular həm kommersiya, həm də yaşayış binalarında təbii işığı optimallaşdırmaqla və ən əsası günəş istiliyini azaltmaqla sakinlərin rahatlığını təmin edən memarlıq həllidir. Günəş istiliyinin azaldılması ilə binanın mexaniki soyudulması ehtiyacı minimuma enir və binanın enerji effektivliyi yüksəlmiş olur.
Kölgə yaradan qurğular məkanın içərisində yoxsa çölündə quraşdırılmalıdır? Effektivlik göstəriciləri bu məsələyə özü aydınlıq gətirir. Məkanın daxilində quraşdırılan sistemlər günəşdən gələn istilik enerjisinin 35-65%-ni blokladığı halda, xarici kölgə yaradan sistemlər düzgün seçilmiş şüşə ilə tandemdə bu enerjinin 85-95%-ni bloklamağa qadirdir. Xarici gün qırıcı sistemləri günəş istiliyini şüşəyə çatmamış bloklayır.

EFFEKTİV MEMARLIQ HƏLLİ

NÖVLƏRİ

“Brise Soleil” termini özündə kölgə yaradan memarlıq elemetlərinin bir hissəsini birləşdirsə də, bütövlükdə hamısını əhatə etmir. Bu memarlıq elementlərinə jalüzləri, panjurları və ya mənfəzləri, perqolaları, tentləri, çardaqları və s. aid etmək olar.

NÖVLƏRİ
TƏTBİQ SAHƏLƏRİ

TƏTBİQ SAHƏLƏRİ

Gün qırıcı sistemlərinin əsas funksiyasından başqa həm mühəndislər, həm də memarlar üçün bir çox başqa tətbiq sahələri mövcuddur. Onları həm də aşağıdakı məqsədlər üçün istifadə etmək mümkündür.

• Binanın xarici cəlbediciliyini artıran, görünüşünü canlandıran, yadda qalmasını təmin edən dizayn aləti kimi.

• Fasadı təbii ventilyasiya ilə təmin edərək binanın "nəfəs almasına" imkan yaratmaq, yağışın və zibilin binaya daxil olmasına mane olmaq üçün.

• Vizual səs-küy yaradan, xoşagəlməz avadanlıqları gizlətmək üçün sadə, lakin effektiv memarlıq həlli kimi.  

TƏTBİQ SAHƏLƏRİ